3c59d445-9248-48f4-b1a1-79d2a9d1c3bd..jpg

Lavrov: “Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır” – VİDEO

Baxış sayı: 481 dəfə baxılıb.

Lavrov: “Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Ancaq
bəzi Qərb dövlətləri öz ərazilərində belə bir saziş bağlamaq istəyirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov 2023-cü ildə
ölkə diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı News.ru-nun
sualını cavablandırarkən bildirib.

O, İrəvanın buna nə dərəcədə hazır olmasının hələ məlum olmadığını vurğulayıb.

“Bu bir həqiqətdir ki, bizim qərbli həmkarlarımız sülh müqaviləsinin yalnız
onların ərazisində imzalanmasını istəyirlər. Azərbaycanın sülh müqaviləsini
Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə
hazır olduğunu bilmirəm. Ermənistan paytaxtına çoxdan müvafiq siqnallar
göndərilib”, – deyə XİN rəhbəri qeyd edib.

Source link