Lavrov cəsusluqda ittiham olunan amerikanlının özünü nalayiq apardığından gileyləndi

Baxış sayı: 1. 885 dəfə baxılıb.

Lavrov cəsusluqda ittiham olunan amerikanlının özünü nalayiq apardığından gileyləndi

Rusiyada cəsusluqda ittiham olunan ABŞ vətəndaşı Pol Uilan özünü təkəbbürlü aparır.

TASS xəbər verir ki, bu barədə amerikalı həmkarı ilə görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“O həbsxana işçilərinə hədə qorxu gəlir, başlarını drellə deşəcəyini bildirir və digər xoşagəlməz ifadələr işlədir”, – deyə Lavrov gileylənib.

Onun sözlərinə görə, Uilanın özünü belə aparması lovğa ola bilər: qəhrəman obrazı yaratmaq üçüçn vəkilləri ona belə bir taktika seçə bilər.

Lavrov bildirib ki, Rusiya tərəfi Uilanın səhhəti daim nəzarətdə saxlayır və o vaxtaşırı həkim müayyinəsindən keçir. Amerikalının işi üzrə istintaq başa çatıb və hazırda o ittiham aktı ilə tanış olmaqdadır.