Lavrov: Diplomatların qovulmasına Vaşinqton təzyiq göstərir – VİDEO

Lavrov: Diplomatların qovulmasına Vaşinqton təzyiq göstərir – VİDEO

Baxış sayı: 2. 458 dəfə baxılıb.

Bir sıra Qərb dövlətlərinin rusiyalı diplomatları ölkədən xaric etmək qərarı,  bilavasitə ABŞ tərəfinin göstərdiyi təzyiqlərin nəticəsidir.

ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, bu bəyanatı Rusiyanın XİN-i Serqey Lavrov səsləndirib.

Onun sözlərinə görə, müasir dünyada müstəqil hərəkət edə bilən çox az ölkə qalıb.

“Onlar bizim qulağımızı üzr istədiklərini pıçıldayıb, gah bir, gah da iki diplomatın ölkəni tərk etməsini xahiş etikdə, biz o dəqiqə  bunun iri-miqyaslı təzyiqin, iri-miqyaslı şantasın nəticəsi olduğunu anlayırıq; hazırda Vaşinqton beynəlxalq arenada belə şantajların və təzyiqlərin əsas alətidir.” deyə Lavrov bildirib.

“Cavablarını verəcəyik, buna şübhəniz olmasın, çünki belə qanmazlığa heç kim dözmək istəməz” deyə Lavrov əlavə edib.

Qeyd edək ki, Skripal işi ilə əlaqədar London artıq 23 rusiyalı diplomatı ölkədən xaric edib. Yaxın zamanda Britaniya hökuməti digər anti-rusiya ölçülərini qəbul etməyə hazırlaşır. Moskva “güzgü effektli” cavab tədbirləri çərçivəsində eyni sayda Britaniyalı diplomatları Rusiyadan qovub.

.
www.ÇıxışYolu.Com