Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Rusiya imkanlar ölkəsidir adlı forumda səhnəyə çıxan zamanı yıxılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə NTV məlumat yayıb.
Lavrov pilləkənə ilişərək dizi üstə yıxılıb, lakin tez qalxaraq öz yerini tutub.
Rusiya XİN rəhbəri öz nitqini forumda zarafatla başlayıb:
“Görürsünüz? İlişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.