8b71c767-3626-4d57-9b68-6c90d646306d.jpg

Lavrov: “Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir”

Baxış sayı: 206 dəfə baxılıb.

“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün birbaşa əlaqə
qurmaq istəyir”.

Cixisyolu.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov
İstanbulda “3+3” regional platformasının görüşünün yekunlarına dair mətbuat
konfransında deyib.

Rusiya XİN başçısı vurğulayıb ki, İrəvan və Ankara arasında münasibətlərin
normallaşması istənilən halda Azərbaycan-Ermənistan danışıqları ilə bağlıdır.
Ona görə də görüşdə bu məsələləri kompleks şəkildə müzakirə etmək və iştirakçı
ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etmək təklif olunub.

O, həmçinin qeyd edib ki, əvvəllər Ermənistan və Türkiyə arasında danışıqlar
prosesinin başlanmasına Rusiya və İran yardım göstərib, lakin hazırda görüşlər
hələlik planlaşdırılmır.

“Erməni həmkarlarımız fasilə götürüblər. Onlar hesab edirlər ki, indi Türkiyə
tərəfi ilə birbaşa ünsiyyət qurmaq və nə etmək lazım olduğunu anlamaq
lazımdır”, – S.Lavrov bildirib.

Lavrov: “Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq
istəyir”
Lavrov: “Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir”

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz
diplomatlarını təyin ediblər.

Source link