295114b0-31c7-4be5-8599-720a3ab5fee3..jpg

Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq

Baxış sayı: 994 dəfə baxılıb.

Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiyaya səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bəyan edib.

Onun sözlərinə görə, səfər gələn həftəyə planlaşdırılıb.

“Martın 29-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar
səfərdə olacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar
aparacaq”, – deyə Zaxarova brifinqdə bildirib.

Mənbə: TASS

Source link