Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Buranov nənələri” musiqi kollektivinin iştirakçıları ilə doyunca qucaqlaşıb.
“Layf” xəbər verir ki, bu qeyri-rəsmi hadisə Rusiya XİN-in qonaq evində keçirilən Udmurtiya Respublikasının iqtisadi və sərmayə potensialının nümayişi zamanı baş verib.
Lavrov ənənəvi mədəniyyətin təbliğinə görə “Buranov nənələri”nə minnətdarlıq bildirib.
Buranova kəndindən olan folklor kollektivi 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasında Rusiyanı təmsil edərək, “Party For Everybody” mahnısı ilə ikinci yeri tutmaqla məşhurlaşmışdı.