ATƏT-in Minsk Qrupunun həmsədri İqor Popov heç vaxt deməyib ki, separatçılar Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında masaya qayıtmalıdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnatsakanyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.
Erməni jurnalist ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə Popovun bəyanatına istinadən, guya onların bu mərhələdə Dağlıq Qarabağın danışıqlar masasına əyləşməli olduğu fikirləri ilə bağlı Lavrova sual ünvanlayıb: “Rusiyanın bu məsələdə mövqeyi necədir və həmsədrlərin dediyi kimi Dağlıq Qarabağın danışıqlara qaytarılmasının vaxtı deyil?”
“Rusiyanın mövqeyi dəyişməzdir. Biz Dağlıq Qarabağ məsələsinin ATƏT-in Minsk qrupu, Azərbaycan və Ermənistan vasitəsilə həlli mövqeyini dəstəkləyirik.
Əminik ki, Minsk qrupunun üç vasitəçisindən biri kimi fransalı və amerikalı həmkarlarımızla İrəvan və Bakının razılaşması üçün şərait yaradırıq.
Bir neçə ildir davam edən işlər müxtəlif mərhələdən keçib. Ancaq bəzi mərhələlərdə Dağlıq Qarabağ nümayəndələri də iştirak edib. Razılaşmaya əsasən, danışıqlar formatı dəyişdirilib və indiki vəziyyətə gəlib.
Rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq”, – deyə Lavrov qeyd edib.
Bu gün Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı növbəti dəfə Dağlıq Qarabağ separatçılarının danışıqlar masasına qaytarılması ilə bağlı fikirlər səsləndirib.
14:41
ATƏT-in Minsk Qrupunun həmsədri İqor Popov heç vaxt deməyib ki, separatçılar Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında masaya qayıtmalıdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnatsakanyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə münaqişənin həllində yardımçı olacaq.