Lavrov və Abdullahian “3+3” əməkdaşlıq formatını müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüsey
Əmir-Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Cənubi Qafqazda mövcud vəziyyət müzakirə edilib.
Nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində
birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını diqqətə
çatdırıblar.
Mənbə: TASS