e80ba422-db5f-411c-bae2-90fb0cfaf7c4..jpg

Lavrov: “Xəzər Şurasının yaradılması “Xəzər beşliyi”nin səmərəliliyini artıra bilər”

Baxış sayı: 566 dəfə baxılıb.

Lavrov: “Xəzər Şurasının yaradılması “Xəzər beşliyi”nin səmərəliliyini artıra
bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu
daha da irəli apara bilər”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri
Sergey Lavrov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada
keçirilən iclasında deyib.

“Beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun
beynəlxalq hüquqi əsaslarının gücləndirilməsi üçün əlavə səylər tələb olunur.
Hesab edirik ki, Xəzər Şurasının yaradılması ilə fəaliyyətimizin səmərəliliyini
artırmaq olar. Biz bu təşəbbüsün müzakirəsinə ümid edirik. Biz təbii ki,
beynəlxalq gündəmdə bu və ya digər şəkildə Xəzər regionuna aid olan müəyyən
məsələlərə də toxunacağıq. Ümumiyyətlə, əminəm ki, bugünkü görüş regionumuzun
sülh, harmoniya, mehriban qonşuluq və səmərəli əməkdaşlıq zonası kimi
mövqeyinin möhkəmlənməsinə töhfə verəcək”, – deyə S.Lavrov vurğulayıb.

Source link