Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələri ilə Rusiya arasında yaşanan gərginliklə bağlı bəyanat verib.
ÇıxışYolu.Com xəbər verir ki, Lavrov “soyuq müharibə” dövrü bənzətmələri ilə bağlı danışıb:
“Soyuq müharibə”də ən azından bəzi qaydalar var idi. İngiltərə və ABŞ bütün etiket qaydalarını pozdu”, – deyə bildirib.
“Qərb ölkələri uşaq oyunları oynayır” deyən Lavrov müzakirələrin hara qədər yüksələcəyi mövzusunun özlərinə bağlı olmadığını deyib.