Lavrovun müavini və Türkiyə səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin və
Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Qərbin Cənubi Qafqazda sabitliyi
pozmaq cəhdlərini tənqidi qiymətləndiriblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair
bəyanatında deyilir.
“Bir sıra aktual məsələlər, ilk növbədə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı
müzakirələr aparılıb. Tərəflər kollektiv Qərbin öz fürsətçi maraqlarını önə
çəkərək regiona gərginlik gətirmək və sabitliyi pozmaq cəhdlərini tənqidi
qiymətləndiriblər”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər həmçinin Cənubi Qafqazda sabitliyin və
təhlükəsizliyin möhkəmləndirilməsinin əsas amili kimi “3+3” məsləhətçi regional
platforması (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan) çərçivəsində ritmik
işin davam etdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər. Qeyd
olunub ki, formatın qapıları Gürcüstan üçün hələ də açıqdır.
Mənbə: TASS