“Lazımsız” ittifaq, ləğv olunan postlar, yeni nazir, incəsənətdən düşən
yarpaqlar… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq 2023-cü ilin bitməsinə sayılı saatlar qalıb.
Cixisyolu.com olaraq yola saldığımız ildə mədəniyyət sahəsində yadda qalan hadisələri
hazırladıq.
“O ittifaq ümumiyyətlə niyə var?”
2023-cü ilin ilk ayı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında
(ARKİ) kütləvi istefalarla xatırlanır.
Belə ki, quruma üzvlükdən ümumilikdə 20-yə yaxın incəsənət
Onların arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel
Qasımov, Əməkdar incəsənət xadimi Yavər Rzayev, Əməkdar artistlər Gülşad
Baxşıyeva və Münəvvər Əliyeva da olub.
Xalq artisti Ənvər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, ittifaqın
heç bir funksionallığı yoxdur:
“O ittifaq ümumiyyətlə niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə edib,
mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə yardım
üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da ayrılmamışdı.
Hamısı yalandır”.
Görəsən, heç bir funksionallığı olmayan ittifaq niyə var?! Bəlkə də, cavabı
2024-cü ildə bilinər…
Nöqsanlara görə işdən çıxanlar
Bu ilin fevral ayında Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma
Mərkəzinin direktoru Səadət Xələfbəyli, həmçinin onun müavini və şöbə müdiri
işdən çıxarıldılar.
Səbəb isə S.Xələfbəylinin əmək fəaliyyəti zamanı aşkar olunan qanun
pozuntuları ilə əlaqədar olaraq əmək müqaviləsinəxitam
İtkilər ayı
Bu il fevralın 20-də Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq
artistiRamiz Novruz
O, mədə xərçəngindən müalicə olunurdu.
Hadisədən üç sonra, yəni fevralın 23-də tanınmış vokalçı, Xalq artisti,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistiƏli Əsgərov
O,1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə
“Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.
Niyə nazirin birinci müavini postu ləğv olundu?
2023-cü ilin mart ayının 1-də mədəniyyət nazirinin iki müavini vəzifəsindən
azad edilib.
Belə ki, nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda
Məmmədəliyeva işdənçıxarılıblar
Qeyd edək ki, Vaqif Əliyev 2011-ci ildən nazirin birinci müavini,
S.Məmmədəliyeva isə 1999-cu ildən nazir müavini olub.
Bununla da nazirin birinci müavini postu ləğv olunub.
MN-də, sadəcə, nazir və müavinləri vəzifələri saxlanılıb.
Daha sonra isə Səadət Yusifova, Murad Hüseynov
təyin ediliblər.
S.Yusifova bundan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini
vəzifəsində çalışıb.
M.Hüseynov isə təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində
çalışıb.
Elə həmin gün mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Adil Kərimlinin
müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub.
A.Kərimlinin digər əmri ilə Cahangir Səlimxanov və Oleq Əmirbəyov müşavir
vəzifələrinətəyin
Aprelin 7-də Xalq artisti Yusif Eyvazov
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin
olunub.
Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və
qalibi olub. Milanın “La Skala” Operası, Vyana Dövlət Operası, Berlin Dövlət
Operası, Nyu-York “Metropoliten Opera”, Rusiya Dövlət Akademik Böyük Teatrı
(Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış
edib.
Forumu gecikdirən vəfat
Aprelin 9-da Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti, Teatr
Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrının bədii rəhbəri – baş rejissoruAzərpaşa Nemətov
Bu səbəbdən də həmin gün keçiriləcək Teatr Forumunun vaxtı dəyişdirilib.
“Azərbaycan teatrı – 150: İnkişaf perspektivləri” mövzusunda Teatr Forumu
aprelin 11-12-də baş tutub.
İncəsənət adamları teatr binalarının olmaması, aktyorların maaşlarının
azlığından və digər problemlərdən danışıblar.
Nazir, yeni müavinlər
Forumdan iki gün sonra isə boş qalan nazir postuna təyinat reallaşıb.
Aprelin 14-də Prezident İlham Əliyevin sərəncamı ilə Adil Qabil oğlu Kərimli
Azərbaycan Respublikasının mədəniyyətnaziri
təyin edilib.
O, Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev
Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.
Nazir postu isə 2022-ci ilin 22 dekabrından boş idi.
Vəzifəni yerinə yetirən Anar Kərimov
vaxt vəzifəsindən uzaqlaşdırılıb.
Aprelin 29-da daha bir sənət adamı vəfat edib.
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov
olunub.
Mayın 13-də mədəniyyət nazirinə daha bir müavin təyinatı baş tutub.
Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Cəfərov
O, bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru
olub.
Həmin gün mədəniyyət naziri Adil Kərimli də əmr imzalayıb.
Əmrə əsasən, Əməkdar artist, tarzən Sahib Paşazadə
edilib.
Eyni zamanda, Mehriban Ələkbərzadə
Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.
Mayın 17-də keçmiş mədəniyyət naziri Anar Kərimov
Təşkilatının (ICESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri
vəzifəsinə təyin edilib.
Xərclənən milyonların faydasını görə biləcəyik?
May ayının sonunda xəbər yayılıb ki, bütün dövlət kinostudiyalarında
istehsalat prosesidayandırılıb
Səbəb isə budur ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA)
fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif
istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi
ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də
müvafiq işlərin görülməsi nəzərdə tutulur.
ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə
müvafiq tədbirlər görülür.
Xatırladaq ki, 2022-ci ilin 16 noyabrında kinematoqrafiya sahəsində dövlət
siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan
Respublikasının Kino Agentliyi (ARKA) yaradılıb.
Kino sahəsi ilə bağlı kiçik bir xatırlatma etmək istərdik.
Belə ki, 2022-ci ilin sonunda Hesablama Palatası tərəfindən dövlət sifarişi
ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi
ilə bağlı yoxlama aparılıb.
Bildirilib ki, ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə
edilib ki, bu da çəkilən xərclə müqayisəolunmaz göstəricidir.
Mədəniyyət Nazirliyi üzrə dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət
büdcəsindən ayrılan vəsaitlərin həcmi auditin əhatə etdiyi illərdə cəmi 11
044,8 min manat təşkil edib, həmin vəsaitin 84,3%-i 79 kinofilmin çəkilişinə və
71 tədbirin həyata keçirilməsinə xərclənib, qalan 15,7%-i ilin sonunda dövlət
büdcəsinə qaytarılıb. Nümayiş sayına gəldikdə isə, televiziya kanalları və
kinozallarda iki studiya üzrə ümumilikdə 39 filmin 10-u üç fərqli kanalda, 10-u
Bakı şəhərinin və bölgələrin 12 fərqli kinozalında nümayiş olunub, 18 filmin
sosial şəbəkələrdə baxış sayı 3 039 012 olub. 39 filmdən yalnız “Salnamə”
studiyası üzrə bir film 10-a yaxın festivalda nümayiş etdirilib. Ümumiyyətlə,
təhlil göstərir ki, beş dövlət studiyasından üçü tərəfindən çəkilən filmlərlə
bağlı müqavilələrin hamısına dəyişikliklər edilib, bitmiş və bitmə mərhələsində
olan filmlər nəzərə alınmaqla C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası
tərəfindən filmlərin 53,3%-i bir müqavilə çərçivəsində başa çatmayıb.
Artıq Kino Agentliyi (ARKA) də yaradılıb. Ümid edirik ki, bundan sonra
çəkilişlər üçün milyonlar xərclənib, qəpik qazanılmaz…
Avqustun 25-də Laçın rayonunda “Hoçazfilm”
yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub.
Bildirilib ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan
“Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş
pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən
sayılan Hoçaz qayalıqlarının adından götürülüb.
Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan
sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi
fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici
film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik
və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.
Studiya, həmçinin, yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl
kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim
edəcək.
Noyabrın 9-da işğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın
binası yenidən bərpa olunaraqfəaliyyətə
başlayıb.
İşğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası səkkiz
aya bərpa olunub. 1 700 kvadratmetrlik ərazinin 1 000 kvadratmetrə yaxın
hissəsində klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının
daxili 350 kvadratmetr, səhnənin ölçüsü 82 kvadratmetr, ekranın ölçüsü isə 70
kvadratmetrdir. İlk dəfə olaraq Laçında “Mən buradayam, İlahi” adlı Azərbaycan
filminin nümayişi olub.
Laçın sakinləri öz dədə-baba yurdlarında kinoteatr binasında film təqdimatını
alqışlarla qarşılayıblar.
Yeni direktor, itirdiyimiz sənətkar
Noyabrın 25-də Heydər Əliyev Sarayına da direktor vəzifəsinə təyinat olub.
Belə ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə İlham Zakir oğlu
Qasımov
edilib.
Dekabrın 14-də Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik
R.Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
1982-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1998-ci ildə isə “Azərbaycan
Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına,
2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif olunub.
Bu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli
fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
təltif edilib.
Pantomima Teatrı və 332 min mənimsəmə…
Dekabrın 27-də xəbər yayılıb ki, Azərbaycan Dövlət Pantomima Teatrının Kadrlar
İdarəsinin mütəxəssisi Aytən Kərimovacinayət
məsuliyyətinə cəlb edilib.
Xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət
Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddəsi ilə
ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Nazirlik də məlumat yayıb ki, A.Kərimova 2023-cü ilin yanvar ayında işində yol
verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilibmiş.
İlhamə Əbülfət