“Le Figaro”nun baş redaktoru: “Sarkozi və Merkel Ukraynanın NATO-ya qəbulunu
ağılsızlıq adlandırıblar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ukraynada baş verənləri 2008-ci ildə Fransa və Almaniyanın keçmiş liderləri
Nikolya Sarkozi və Angela Merkel proqnozlaşdırıblar, vəziyyət adamı
təəccübləndirir ki, Kiyev neytral qalıb NATO-ya daxil olmaq fikrindən əl
çəkməli idimi?”.
Bunu “LCI” telekanalının jurnalisti və “Le Figaro” jurnalının baş redaktoru
Qiyom Rokett deyib.
“Hələ 2008-ci ildə ABŞ prezidenti Corc Buş Ukraynanın NATO-ya üzv olmasının
tərəfdarı idi, ona Nikola Sarkozi və Angela Merkel cavab verdilər ki, bu,
ağılsızlıqdır və Rusiya tərəfindən təxribat kimi qiymətləndiriləcək”, – deyə o
qeyd edib.
Xatırladaq ki, əvvəllər Sarkozi dəfələrlə bəyan edib ki, Ukrayna neytral ölkə
olaraq qalmalı, Avropa ilə Rusiya arasında körpü olmağa çalışmalıdır.
Mənbə: TASS