“Le Fiqaro”: Makronun anti-Azərbaycan planı iflasa uğrayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın dünyaca məşhur “Le Fiqaro” nəşri Azərbaycana qarşı növbəti qərəzli
məqaləsi ilə gündəmə gəlib.
“Report” xəbər verir ki, məqalədə prezident Emmanuel Makronun yürütdüyü
siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin
Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulub.
Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazır ki, Fransa lideri
ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma
Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair
Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş
tutmayıb. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni
məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib, özü ilə ermənipərəst
yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib.
Bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa
uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq
istəyir, çünki Makron Prezidentİlham Əliyevə məğlub olduğunu etiraf etmək
istəmir. Makron məhz İlham Əliyevə məğlub olub.
Fransanın “Le Figaro” nəşrində “Dağlıq Qarabağ”ın yox olması, reallaşdırıla
bilinməyən fransız vədinin xronikası” adlı məqalə dərc olunub. Həmin məqaləni
olduğu kimi təqdim edirik:
“Erməni anklavının Azərbaycan tərəfindən ildırımsürətli istilasından altı ay
sonra “Le Figaro” Fransanın Ermənistanla əlaqələrinə görə xüsusi olaraq
gözləndiyi dosyenin siyasi kulislərinə yenidən qayıdır.
Fransaya Azərbaycanın blokadası nəticəsində səkkiz ay ərzində təcrid qalmış
“Dağlıq Qarabağ” ermənilərinin yardımına gəlməsi üçün təzyiq etmək məqsədilə
Silven Tessonun xəyalına gətirdiyi bütün fikirlərdən bəlkə də bu, ən fantastik
olub. Jan Dujardini prezident rolunu oynamağa məcbur etmək və azərbaycanlılar
tərəfindən blokada edilmiş anklava aparan yol – Laçın dəhlizinə qədər yürüş
təşkil etməkdir. Aktyor yazıçı tərəfindən hazırlanmış mətni oxumalı idi, o
sözləri ki, dövlət başçısı özü əraziyə gəlsəydi onları ifadə edə bilərdi. Çünki
Tesson əmindir: Emmanuel Makronun səfəri məsələləri dəyişə bilərdi. Məgər
Emmanuel Makron “France 2”-nin canlı yayımında yazıçının 2022-ci ilin payızında
“Le Figaro Magazine”- də dövlət başçısına qarşı olan dərc edilmiş açıq
məktubuna cavab vermədimi: “Biz erməniləri heç bir zaman tərk etməyəcəyik”?
Bu ifadələr, iki il bundan qabaq Latviyanın paytaxtı Riqada dövlət başçısının
“Azərbaycanı istila layihəsinə təşviq edən” Türkiyənin “hərbi ismarıclarını”
qınayan ifadələrini xatırlatdı. Bakının “Dağlıq Qarabağ” regionunun 70%-ni
götürdüyü 44 günlük müharibənin başlanmasından bir neçə gün qabaq dövlət
başçısı döyüşkən tərzdə, bəyan etdi: “Biz bunu heç bir zaman qəbul etməyəcəyik.
Fransa öz rolunda olacaq”. Artsaxın Fransadakı nümayəndəsi Hovhannes Guevorkyan
yada salır: “Bu o qədər güclü idi! O qədər unikal idi!”
Qabaqcadan müəyyən edilmiş tale
Azərbaycanlıların iştahasını sakitləşdirmək üçün daha çox şey lazım idi.
2023-cü il 19 və 20 sentyabrda Azərbaycan “Dağlıq Qarabağ”ın yaşayış
məntəqələrinə qarşı ordusunu hücuma keçirtdi. 24 saat ərzində 200-dən çox
erməninin öldürülməsi və 400-ünün yaralanması yerli hakimiyyəti silahı yerə
qoymağa məcbur etdi. Artsaxlılar özlərini, o cümlədən laqeydliklə parıldayan
erməni baş naziri Nikol Paşınyan tərəfindən tərk edilmiş hiss edirlər. 120 000
mülki şəxs qədim dövrdən yaşadığı və V əsrdə xristianlaşdırılmış bu dağlıq
ərazini, öz torpağını tərk etdi. Qondarma “Dağlıq Qarabağ” respublikası öz
rəsmi süqutunu elan etdi. Həmin dövrdən, qınayıcı bəyanatlar xaric, Bakı heç
bir sanksiyaya məruz qalmadı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin
Ermənistan cənubunun onun növbəti hədəfi olması ilə bağlı xəbərdarlıq
etməsindən sonra Paris Yerevanla hərbi əməkdaşlıq qurdu. Dekabrda, ordunun
daşınması üçün 24 ədəd zirehli nəqliyyat vasitəsi və həmkarlarına yüksək
dağlarda döyüş hazırlığı keçmək üçün 15 dağ atıcıları Qafqaza göndərildi.
Fevralın ortasında Yerevana presedenti olmayan səfər çərçivəsində ordu naziri
Sebastian Lekornu yeni hərbi avadanlığın göndərilməsini vəd etdi. Fransanın
mövqeyi sürgün olmuş artsaxlıları birmənalı olmayan vəziyyətə salır: “Erməni
diplomatik mənbəyə görə, Emmanuel Makron bəlkə də yeganə dövlət başçısıdır ki,
həqiqətən də onların taleyindən narahatdır. Onun iştirakı səmimi olub. Mən deyə
bilmərəm hansı o, uğurlu ola bilmədi”.
Yeliseydə bağlı qapılar arxasında
2023-cü ilin yanvar ayı, günorta radələrində, “Dağlıq Qarabağ” hələ blokada
altındadır, bir qrup erməniyönümlü fəallar və jurnalistlər Yelisey sarayında
toplaşıblar. Burada Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də
var. Prezident onlara diqqətlə qulaq asır, sonra söz alır. “Guilde européenne
du Raid” QHT-sinin vitse-prezidenti Hugues Devavrin danışır ki, “o, bizə aşırı
dərəcədə həssas olan bir sıra məsələ barəsində məlumat verdi”. “O, diplomatik
müşaviri İzabelle Dumont ilə hazırladığımız qeydi mükəmməlcəsinə oxumuşdu”.
İlk növbədə prezidentin səfərini tövsiyə edirdi. Hugues Devavrin izah edir –
“Mitteranın Sarayevoda etdiyini etmək, əraziyə getmək və bunun daha mümkün
olmadığını bəyan etmək”. Qeyd həmçinin, qida və dərmanlardan məhrum edilmiş
artsaxlıların yardımına gəlmək üçün humanitar konfransın təşkilini təklif
edirdi. Və nəhayət, o, Fransanın mülki-hərbi əməliyyatının başlanmasını tövsiyə
edirdi.
Sylvain Tesson yada salır ki, “Biz onun məsələyə yiyələnməsi səviyyəsindən
heyran idik. O, Azərbaycanlıların iştahasını anlamışdı və bizdən daha çox
bədbin idi – bu da normaldır, çünki o, bizdən daha yaxşı məlumatlıdır. O, artıq
bilirdi ki, qurudan hücum olacaq”. Qısaca olaraq, intellektuallar mövzunun
icraedici qurumda layiq olduğu yerdə olduğu əminliyi ilə çıxdılar. “Makron
qarşıdan gələn geosiyasi qarışıqlıq fonunda məsələnin reallıqda Ermənistandan
üstün olduğunu anlayırdı”.
Ora tək getməmək
Dövlət başçısı cavabında deyirdi “rəhbərlərlə müzakirə etmək üçün son şansı
verin”. Danışıq yolu ilə çıxış tapmağa cəhd etmək üçün Emmanuel Makron
bürosundan, Azərbaycan və Ermənistan rəhbərləri ilə boşuna çoxsaylı telefon
danışıqları etdi. Diplomatik mənbə qeyd edir ki, “Bəlkə də o, Prezident İlham
Əliyevlə ən çox danışan xarici liderdir”.
Humanitar Konfrans layihəsinə start verildi. Lakin heç bir izah olmadan, o,
keçirilməsi nəzərdə tutulan tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik
mənbə qeyd edir ki, “Bütün səylərimizə rəğmən, həmin dövrdə iştirakı gözlənilən
tərəflər arasında minimal konsensus yox idi”. Müxtəlif mənbələrə görə, layihə
Vaşinqtonun etirazı səbəbindən ləğv olundu. Ondan 6 ay sonra Parisdən heç bir
yeni təşəbbüs irəli sürülmür.
Estafeti diaspora götürür. Fransadakı erməni təşkilatlarını koordinasiya edən
CCAF-ın həmsədri Frenk Papaziyan da, öz növbəsində, Emmanuel Makrona humanitar
yük aparması üçün təzyiq edir. Erməniəsilli fransız danışır ki, “O mənə deyir:
bu çox yaxşı ideyadır, mən razıyam” və inanmaq istəyir ki, bu “səmimi” istək
idi. Lakin bundan sonra heç bir şey baş tutmur. Frenk Papazyan əmin edir ki, bu
yenə də “tərəfdaşların çatışmazlığındandır”.
Fransa niyə belə təkdir? Avropa tərəfindən – 27 ölkə Ukraynaya baxır. Bundan
əlavə, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda “enerji əməkdaşlığında
yeni fəsil” açmaq üçün qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqeyin
olmamasından Azərbaycana sanksiya təklif edən heç bir qətnamə qəbul edilmədi.
Erməni məsələsinə yaxından cəlb olunmuş “Renew”un avrodeputatı Natali Loiseau
əmin edir ki, “Biz qətiyyətlə döyüşdük, lakin karbohidrogenlərə ümid bəsləyən
bir neçə ölkə bu yolla getməyə hazır deyildi”. Bu xüsusda, o, İtaliya və
Macarıstanı qeyd edir. Fransanın keçmiş naziri Almaniyaya gəlincə təəssüf hissi
ilə qeyd edir ki, “o, Şarl Mişel kimi, təcavüzkarla təcavüzə məruz qalan
arasında vasitəçiliyin mümkün olduğuna əmindir. Lakin bu birincinin tərəfini
tutmaqdır”.
Hətta Vatikan kənardadır. 2022-ci ilin oktyabrında Roma Papasını ziyarət
edərkən, Emmanuel Makron özü ilə Tessonu apardı ki, sonuncu Ermənistanla bağlı
söz desin. Yazıçı katoliklərin rəhbəri və onun xarici işlər naziri Qallaqgherin
biganəliyindən heyrətə gəldi. O söyləyir ki, “ermənilərin taleyini qeyd edəndə,
hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdilər”. Yazıçı acı bir
şəkildə istehza edir: “Roma Papası yeni qlobal və bir – biri ilə əlaqəli bir
dünyanın ortaya çıxması ilə çox məşğuldur, ona görə də ilk xristianlara qayğı
göstərə bilmir. Erməni – bir xalqın müəyyən bir torpağa bağlılığı və müəyyən
bir mənəviyyata mənsub olması deməkdir. Bu əbədi dəyişiklik ayaqqabısında bir
daşdır. Ermənistan buna görə narahat edir. Vatikanda olduğum zaman başa
düşdüyüm bu oldu”.
Ərazi vahidlərinin dəstəyi
Bu ümumi laqeydlik içərisində fransız dəstəyi fərqli şəkildə özünü göstərir.
Senat bir çox qətnaməyə səs verir. Seçkilərdə seçilmiş şəxslər, xüsusilə də
Auvergne-Rhône-Alpes regionunun prezidenti Laurent Vauquiez və avrodeputat
François-Xavier Bellami səfərlər edirlər. Fransız ərazi vahidləri səfərbər
olunur. Sol siyasi düşərgədə Anne Hidalgo Artsax istiqamətində humanitar yük
göndərir. Xavyer Bertrandan başlayaraq ekoloqçu Janna Barsegyandan keçərək
Bruno Retailleauya qədər sağçı və solçulardan ibarət balaca qrupla əhatə
olunmuş Parisin meri 2023-cü ilin avqustun sonunda rus sülh əsgərlərinin
saxladığı sərhədə qədər səfər edib. Lakin Île-de-France, Hauts-de-France,
Occitanie və Pays de la Loire regionları, eləcə də Paris, Marsel və Strasburq
şəhərlərinin loqosunu daşıyan və uşaq qidası və elektrik generatorlarla
yüklənmiş yük maşınları digərləri kimi blok edilmiş vəziyyətdə qalırlar.
Parisin Minsk qrupunun həmsədri rolunun tələb etdiyi neytrallığı dərk edən
Xarici İşlər Nazirliyi (ATƏT tərəfindən 1992-ci ildə Qafqazda münaqişənin həlli
üçün yaradılmış Fransa, ABŞ və Rusiyadan ibarət vasitəçi qrup) sakit qalır.
Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və 20 sentyabr 2023-cü il tarixli
hərbi əməliyyatından sonra səfər edir. Ermənilərin kütləvi köçü fonunda fransız
diplomatiyasının rəhbəri vəziyyətin “etnik təmizləməyə bənzəməsinin”
mümkünlüyünü hesab edir və hərbi avadanlığın çatdırılmasını elan edir.
Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət etməkdən
imtina edəcəyi Qranadadakı Avropa Sammitində Emmanuel Makron Bakıya qarşı
“sanksiya vaxtının olmadığını” bəyan edəcək. O, Azərbaycanlı həmkarına “təzyiqi
saxlamaq” və Ermənistanı “ən yaxşı şəkildə qorumaq” üçün zəng edəcəyinə dair
öhdəlik götürəcək. Prezident Əliyevi heyrətləndirmək üçün kifayət etmədi.
Azərbaycan Prezident Administrasiyası kommünikesində Fransanı Ermənistanı
“silahlandırmaqla” Qafqazda “yeni müharibə hazırladığında” ittiham edəcək.
Fevralda, 97% səslə yenidən seçilmiş İlham Əliyev öz inauqurasiya çıxışında
bəyan edib ki, Ermənistanla mübahisəsində heç bir beynəlxalq vasitəçilik
istəmir. Və Fransanın ünvanına “Öz işinizlə məşğul olun”, – deyə vurğulayıb.