Lebedev: Seçkilər yüksək səviyyədə  keçəcək

Lebedev: Seçkilər yüksək səviyyədə keçəcək

Baxış sayı: 2. 177 dəfə baxılıb.

Azərbaycanda MDB-nin müşahidə missiyasına inam hiss olunur. Biz Azərbaycan qanunvericiliyini, Azərbaycanın Seçki Məcəlləsini və ölkə Konstitusiyasının müddəalarını əsas götürürük. Əgər hər hansı nöqsanlar aşkar ediriksə, bunu dərhal deyirik.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu fikirləri MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev söyləyib:

“Martın sonundan başlayaraq biz Azərbaycanın bir çox bölgələrində olmuşuq.

Deyə bilərik ki, çox əsaslı hazırlıq işləri aparılıb və əsasən, başa çatdırılıb. Əminik ki, seçkilər yüksək səviyyədə – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə keçiriləcək”.

S.Lebedev diqqətə çatdırıb ki, hər yerdə ciddi iş aparıldığı hiss olunur.

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları ilə mükəmməl tədbirlər həyata keçirib. Onlar da, öz növbəsində, məntəqə seçki komissiyalarının üzvləri ilə seminarlar, treninqlər təşkil ediblər. 

“Biz, MDB ölkələrindən olan müşahidəçilər, bir sıra dairə seçki komissiyalarında olduq, dairə və məntəqə seçki komissiyalarının üzvləri ilə söhbətlər apardıq.

Çox yaxşı hazırlıq işlərinin şahidi olduq. Bütün bunlara əsaslanaraq, biz seçkilərin kifayət qədər mütəşəkkil və layiqincə keçəcəyini inamla söyləyə bilərik”, – deyə MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.

Sergey Lebedev qeyd edib ki, məntəqələrin əksəriyyəti məktəblərdə, təhsil müəssisələrində, mədəniyyət evlərində yerləşir:

“Əminəm ki, bu, bir növ bayram-əhval ruhiyyəsi yaradacaq.

Mən Azərbaycanda dəfələrlə olmuşam və burada seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənənin şahidi olmuşam. Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram”.

www.ÇıxışYolu.Com