Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur rusiyalı müğənni Leonid Aqutin təcili olaraq Moskvada xəstəxanaya
yerləşdirilib.
Onun ayağında qan laxtası əmələ gəldiyi güman edilir.
55 yaşlı sənətçi ətraflarında şiddətli ağrılardan şikayətlənib. Müayinə zamanı
ona venaların trombozu diaqnozu qoyulub.
Leonid Aqutinə ilkin olaraq dərmanla müalicə təyin olunub.
Qeyd edək ki, müğənninin yanvarın 3-də Soçidə və 5-də Dubayda keçiriləcək
konsertləri, eləcə də Yeni il üçün korporativ tədbirləri ləğv oluna bilər.
Sənətçinin proqramı onun müalicəsinin və reabilitasiyasının effektivliyindən
asılı olacaq.
Mənbə: “Mash” “Telegram”