41096788-3023-4c67-9300-589f4ba95d91..jpg

Leonid Yakuboviç öz proqramı ilə Azərbaycana gəlmək istəyir

Baxış sayı: 540 dəfə baxılıb.

Leonid Yakuboviç öz proqramı ilə Azərbaycana gəlmək istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı şoumen, yazıçı, aktyor, “Pole çudes” verilişinin aparıcısı Leonid
Yakuboviç Azərbaycana səfərindən danışıb və öz proqramı ilə Bakıya qayıtmağı
planlaşdırdığını deyib.

“Biz Bakıda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyüm
vaxt oyun keçirdik. Böyük idman kompleksində təşkil olunan gözəl oyun idi. Çox
şənləndik, mən bunu məmnuniyyətlə xatırlayıram”, – Yakuboviç “Moskva-Bakı”
portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın “Birinci Kanal”ında Azərbaycanla bağlı bir neçə
milli buraxılışlar etməyi düşünür.

“İstəyirəm ki, insanlar necə yaşadıqlarını, dincəldiklərini, nə geyindiklərini
bizə desinlər, milli yeməkləri birlikdə dadaq. Mən bunu etmək istəyirəm, lakin
müxtəlif səbəblərdən hələ də alınmayıb”, – şoumen qeyd edib.

Source link