Uqandada yerləşən kraliça Yelizavetanın milli parkında bəbir polis əməkdaşının üç yaşlı oğlunu parçalayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Independent” nəşri məlumat yayıb.
Hadisə mayın 4-ü, axşam baş verib. Oğlan Edvard gölünün yaxınlığında nəzarətçi ilə birlikdə olub.
Bəbir uşağı nəzarətçinin yanından oğurlayıb və parçalayıb.
Axtarışlar zamanı azyaşlının skeleti aşkar olunub. Bəbirin tutulacağı və qəfəsə salınacağı bildirilib.