6bd9760b-b3d8-4157-89bd-e32c89d46d97.jpg

Lerikdə BƏDBƏXT HADİSƏ: Odun sobası azyaşlını YANDIRDI

Baxış sayı: 174 dəfə baxılıb.

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın
xəsarət almasına səbəb olub.

APA-nın verdiyi məlumata görə, hadisə Lerik rayonunun Blaband kənd ərazi
vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib.

Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov evdə odun
sobasını qalamaq üçün benzindən istifadə edib.

Bu zaman sobadan çıxan alov ətrafa və yaxınlıqda olan uşaq, 2022-ci il
təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb.

Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın
paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci
dərəcəli termiki yanıq xəsarətləri alıb.

2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım
şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun
olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirirlər. Ona bədənin 90%
termiki yanığı diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik Rayon Mərkəzi
Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link