53ec0c38-d497-4955-aa84-d58af494bd7f..jpg

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın lokallaşdırılıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 506 dəfə baxılıb.

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın lokallaşdırılıb – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lerikdə dağlıq-meşəlik ərazidə baş verən yanğın lokallaşdırılıb”.

Bu barədə APA-ya Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil
Məlikov məlumat verib.

Komissiya sədri bildirib ki, yanğın demək olar ki, söndürülüb: “Kiçik ocaqlar
qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas
təhlükə aradan qaldırılıb”.

14:17

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında
yerləşən Xanagah kəndində qeydə alınıb.

Bunu APA-ya Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov
bildirib.

Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: “Hazırda bir neçə
istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək
var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin
rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.

12:15

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi
yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil
olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.


Source link