a96b5545-1e86-4cbb-9f87-de113318eaf1..jpg

Lerikdə məktəbdə şagirdlərə dərs keçilmədiyi iddia edildi: Polisə müraciət olundu

Baxış sayı: 739 dəfə baxılıb.

Lerikdə məktəbdə şagirdlərə dərs keçilmədiyi iddia edildi: Polisə müraciət
olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonu Ə.Məmmədov adına Livədirqə kənd tam orta məktəbindən narazılıq
var.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Övladı orada təhsil alan valideyn iddia edib ki, məktəbdə şagirdlərə dərs
keçilmir. Direktorun da təhsil ocağına gəlmədiyi bildirilib.

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər barədə
məktəb direktorunun və fransız dili müəllimlərindən izahatları alınıb:

“Onlar izahatlarında valideyn Bahaddin Babayev tərəfindən məktəbin bəzi
müəllimləri barədə bu cür çəkilişlərin bir neçə dəfə edildiyini, ayrı-ayrı
vaxtlarda məktəbə gəlib icazəsiz məktəb binasına daxil olaraq tədris prosesinə
müdaxilə etmək istədiyini, hətta direktor və bəzi müəllimlərlə arasında
mübahisə yarandığını və onları təhqir etdiyini bildiriblər.

Eyni zamanda, qeyd edək ki, bu çəkiliş fiziki tərbiyə, informatika dərsi
zamanı və ya məktəbdə keçirilən hər hansı bir tədbir vaxtı çəkilib və sonradan
üzərinə səs əlavə olunub. Bütün bu məsələlərlə bağlı məktəb kollektivi
tərəfindən ayrı-ayrı vaxtlarda müvafiq aktlar tərtib olunub və hüquq-mühafizə
orqanlarına rəsmi müraciət edilib. Hazırda araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Cixisyolu.com-a bildirilib ki, məsələ ilə bağlı Lerik Rayon Polis Şöbəsində təhqiqat
araşdırması aparılıb:

“Toplanmış material müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə göndəriləcək”.

İlhamə Əbülfət

Source link