02ee17f4-8b11-4377-b02a-52b0c3359145..jpg

“Lester” baş məşqçisini qovdu

Baxış sayı: 745 dəfə baxılıb.

“Lester” baş məşqçisini qovdu

Şimali irlandiyalı mütəxəssis Brendan Rocers “Lester”in baş məşqçisi
vəzifəsini tərk edib.

Bu barədə ingilis komandasının mətbuat xidməti məlumat yayıb.

49 yaşlı Rocers 2019-cu ilin fevralında “Lester”in başına keçib. Məşqçi buna
qədər “Seltik”, “Liverpul”, “Suonsi” və digər klublara rəhbərlik edib.

Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu və Superkuboku qazanıb.
Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, “Lester” İngiltərə Premyer Liqasında 28 oyunda 25 xal toplayıb
və turnir cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.

Mənbə: championat.com

Source link