f895d0c6-3151-4f6a-ba5d-56e482532369..jpg

Leyla Abdullayeva: “Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə həbs edilib”

Baxış sayı: 495 dəfə baxılıb.

Leyla Abdullayeva: “Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq
ittihamı ilə həbs edilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan
2023-cü il dekabrın 4-də həbs edilib”.

APA xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva
Fransa mətbuatına açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə
həbs qətimkan tədbiri seçilib.

Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin
həbsi barədə dərhal məlumatlandırılıb.

Martin Rayanın atası Riçard isə Fransa mətbuatına bildirib ki, ailə artıq
onunla danışıb:

“Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki,
onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını “persona non grata” elan
edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji
addımı atıb.

Source link