b79d4c21-84da-4a3e-b766-c660e95cca75..jpg

Leyla Əliyeva “Ürəkdən-ürəyə” konsertində iştirak edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 558 dəfə baxılıb.

Leyla Əliyeva “Ürəkdən-ürəyə” konsertində iştirak edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində “Ürəkdən-ürəyə” adlı konsert
keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın
təşəbbüsü ilə baş tutub.

Pianoçu və bəstəkar Ruslan Ağababayev, musiqiçilər Elvin Bəşirov və Ruslan
Hüseynov qonaqlara böyük bir şou-proqram təqdim ediblər. Leyla Əliyevanın
yaradıcılığından ilhamlanan bəstəkar onun şeirlərinə musiqi yazıb və
tamaşaçılara təqdim edib.

Yeri gəlmişkən, R.Ağababayev Bakıda anadan olub. O, Bakı Musiqi Akademiyasının
məzunudur. Gənc 1997-ci ildə təhsilini ABŞ-də davam etdirərək Ron Karter, Bryus
Bars, Devid Loub və Devid Del Tredic kimi məşhur caz musiqiçilərindən dərs alıb.

Prezident təqaüdçüsü, skripka ifaçısı Ceyla Seyidova, estrada, caz ifaçısı və
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, həmçinin ölkəmizdə yaşayan
kubalı qonaq Yansel Kastelyon tədbirin xüsusi qonaqları olublar.

Konsertdən əvvəl Uşaq Mərkəzində Azərbaycan Rəssamlıq Akademiyasının, Əzim
Əzimzadə adına Rəssamlıq Məktəbinin tələbələrinin, DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin üzvlərinin və uşaq evinin gənc rəssamlarının onlarla
əsərinin sərgisi keçirilib.

Sərgidə sevimli Bakıya, İçərişəhərin dar küçələrinə, doğma Azərbaycanın
mənzərələrinə, işğaldan azad edilmiş Qarabağa, xüsusən də gözəl Şuşaya və
Xankəndiyə həsr olunmuş əsərləri görmək olardı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gənc istedadların
yaradıcılığına baxıb, heç bir rəssamı diqqətsiz qoymayıb, hər bir qonaqla
söhbət edib, onları yüksək qiymətləndirib və yaradıcılıqlarını davam etdirməyə
sövq edib.

Sərginin qonaqları da müxtəlif üslub və janrlarda çəkilmiş rəsm əsərlərinə
heyran qalıblar. Rəssamların hər biri yaşlarının az olmasına baxmayaraq, öz
əsərlərinin mesajını və mənasını çatdıra biliblər.

“Bilirsiniz, burada təqdim olunan əsərlər, əsasən, Vətənimizin mənzərəli
təbiətinə, tarixi yerlərinə həsr olunub”, – deyə sərginin təşkilatçılarından
Vasif NəcəfzadəMedia.Az-a bildirib.

Onun sözlərinə görə, sərgidə linoqravüra texnikası ilə hazırlanmış əsərlər də
yer alıb. Bu, ksiloqrafiyaya bənzər çap üsuludur. Şəkil linoleum və ya digər
polimer bazasında kəsilir və bir vərəqdə çap olunur.

“Burada Aydan Nəbizadə, Fatimə Fərmanova, Əminə Cəmaləddinova və bir çox digər
istedadlı və perspektivli gənc rəssamların əsərləri təqdim olunur”, – deyə o
əlavə edib.

Gənc rəssam Əminə Cəmaləddinova Azərbaycan Rəssamlıq Akademiyasının birinci
kurs tələbəsidir. O, altı ildir, rəsm çəkir, əvvəllər Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbini bitirib:

“Əsərlərimdə mənzərələrə üstünlük verirəm. Sərgidə Vətənimizin gözəl guşəsi
olan Quba rayonunun təsvirini təqdim etmişəm”.

Öz növbəsində, gənc istedad Qənirə Xəlilova 11 yaşından rəsm çəkir. Qızın
peşəkar təhsili yoxdur və hər şeyi özü öyrənib.

“Yaradıcılıqda mən özümü tapıram, sanki reallıqdan qaçıram, dincəlirəm və həzz
alıram. Sərgidə qarlı mənzərələri əks etdirən rəsmləri təqdim etdim”, – deyə
gənc rəssam bildirib.

01:08

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan
Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
konsertdə iştirak edib.

ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif
kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla
Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur.
1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya
üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.

Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş
olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda
çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.

Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla
özünəməxsus formada izləyicilərə çatdırılıb.

Cəmilə Ələkbərova

Source link