Leyla Şıxlinskayaya ziyan vuranlara vaxt verildi

Leyla Şıxlinskayaya ziyan vuranlara vaxt verildi

Baxış sayı: 3. 054 dəfə baxılıb.

Leyla Şıxlinskayaya ziyan vuranlara vaxt verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, ekspertizanın rəyinə əsasən, klinikaya 56 min manat ziyan vurulub. 

Hakim vurulan ziyanı ödəmək üçün təqsirləndirilən şəxslərə vaxt verib. 

Buna görə proses oktyabrın 4-dək təxirə salınıb.


Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. 

Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.