Leyla və körpəsi ilə bağlı məhkəmələr qapalı olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və səkkiz aylıq körpəsi
Aylanı amansızlıqlaöldürməkdə
Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində
keçirilən iclasda tərəflərin hüquqları izah edilib, ilkin dinləmələr keçirilib.
Müdafiə tərəfi indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış atası isə hazırlıq
iclasında iştirak etməyib. Onu məhkəmədə nümayəndəsi təmsil edib.
Hüquqi varisin nümayəndəsi məhkəmə istintaqının qapalı keçirilməsini xahiş
edib. Zərərçəkmiş tərəf iş materiallarında olan epizodların vəsatətin təmin
edilməsi üçün əsaslı olduğunu düşünür.
Hakimlər heyəti müşavirədən sonra məhkəmə istintaqının qapalı keçiriləcəyini
elan ediblər.
İş üzrə ilk baxış iclası fevralın birinə təyin edilib.
Qeyd edək ki, dəhşətli cinayət hadisəsi 2023-cü ilin iyununda Abşeron rayonu
Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli
yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leyla və səkkiz aylıq körpəsi Aylanı
bıçaqlayaraq öldürüb, daha sonra özünə bıçaqla xəsarət yetirib. Leyla Bakı
Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi
ixtisası üzrə təhsil alırdı.
F.Səfərliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi
amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə)
maddələri ilə ittiham verilib. O, bu maddələrlə təqsirli bilinərsə, 14 ildən 20
ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.