4d23019d-c1b2-4752-8916-33876045f601..jpg

Leysan olacaq, külək güclənəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Baxış sayı: 608 dəfə baxılıb.

Leysan olacaq, külək güclənəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü
səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı
gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif
Verdiyev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz,
Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, Gəncə,
Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.

Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti 20-25
m/san-dək güclənəcək.

İntensiv leysan xarakterli yağışlar səbəbindən Balakən-Şəki bölgəsinin
ərazisindən axan Katexçay, Kürmükçay, Şinçay, Oğuz-Qəbələ bölgəsinin
ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin ərazisindən axan
Vəlvələçay, Qaraçay, Qazax-Gəncə bölgəsinin ərazisindən axan Əsrikçay,
Gəncəçay, Qabırrıçay, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin
ərazisindən axan Gorançay, Quruçay Köndələnçay çaylarından qısamüddətli daşqın
və sel keçəcəyi gözlənilir.

Source link