b7eab5d2-0bea-4910-9a2e-a40548ddd46f.jpg

Leysan, şimşək, külək – Həftənin ilk iş gününün HAVASI

Baxış sayı: 147 dəfə baxılıb.

Ölkə ərazisində oktyabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış
yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli
intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17°, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi
763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və
gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman
olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 17-21°, dağlarda gecə 3-8°, gündüz
8-13° isti olacaq.

Source link