03e45b6f-07e6-4ddc-947b-43f82b00f556..jpg

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq – XƏBƏRDARLIQ

Baxış sayı: 601 dəfə baxılıb.

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə
yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən
verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntıların leysan
xarakterli olacağı ehtimalı var.

Sentyabrın 10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və
gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 12-dək qeyri-sabit hava şəraitinin davam
edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən,
Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və
Şərqi Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da
ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan
Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay,
Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax
bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin
Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.

Source link