a03e7173-1c73-4bb0-a437-d1a38f51ed5e..jpg

Leysan yağıb, şimşək çaxıb, Gəncədə güclü külək əsib – FAKTİKİ HAVA

Baxış sayı: 509 dəfə baxılıb.

Leysan yağıb, şimşək çaxıb, Gəncədə güclü külək əsib – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
sentyabrın 3-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir
leysan xarakterli yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Xidmətdən verilən məlumata görə, düşən yağışın miqdarı Qaxda 40 mm, Oğuzda 32
mm (aylıq normanın 43%-i), Qəbələdə 17 mm, Şəkidə 16 mm, Qubada 14 mm, Qusarda
13 mm, Xaltan, Qrız, Şahdağ, Zaqatala, Tərtər, Yevlax, Göyçay, Daşkəsən,
Naftalan, Gəncə, Ceyrançöl, Tovuz, Balakən, Qobustanda 6 mm-dək, Bakıda və
Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.

Qeyd olunub ki, şimal-şərq küləyi Gəncədə 24 m/s-dək güclənib.

Havanın maksimal temperaturu sentyabrın 02-də Bakıda iqlim normasından 2.7
dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-31, Naxçıvan Muxtar
Respublikasında 34-38, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 25
dərəcəyədək isti olub.

Source link