İsrail İranı məhv etməklə hədələdi

İsrail İranı məhv etməklə hədələdi

Baxış sayı: 2. 742 dəfə baxılıb.

İsrail imkan verməyəcək ki, İran Suriyada möhkəmlənsin. İranın İsrailə hücumuna Tel-Əviv Tehran və digər İran hərbi obyektlərinə zərbə ilə cavab veriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının “Elaf” saytına müsahibəsində İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

Nazir əlavə edib ki, İsrail regionda vəziyyətin eskalasiyasına çalışmır. 

Libermanın sözlərinə görə, İran son günlərini yaşayır, çünki ABŞ-ın Vyana sazişindən imtinasından sonra İran iqtisadiyyatı çökəcək. O bildirib ki, İran terrorun ixracına milyardlarla dollar sərf edir.

İsrailli nazir təklif edib ki, Fələstin – İsrail böhranının həlli İsraillə ərəb dövlətləri arasında sülh sazinin bir hissəsi kimi qəbul edilsin. 

www.ÇıxışYolu.Com