Lionel Messi DÇ-2026-da iştirakı ilə bağlı sualı cavablandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün
iştirakından danışıb.
“Növbəti dünya çempionatı? O zaman mənim neçə yaşım olacağını nəzərə alsaq, bu
bir qədər çətin görünür, amma baxarıq”,- deyə futbolçu bildirib.
Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” qəzetinin ötən
mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin
nəticələrinə görə, ABŞ-nin “İnter Mayami” komandasının və Argentina millisinin
36 yaşlı hücumçusu Lionel Messi karyerasında səkkizinci dəfə “Qızıl top”
mükafatını alıb. İkinci yeri “Mançester Siti”nin hücumçusu Erlinq Holand tutub,
üçlüyü isə PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayıb.
Mənbə: championat.com