6ab4fd2d-5611-468e-8146-71314c3397da..jpg

Lionel Messidən Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək – FOTO

Baxış sayı: 957 dəfə baxılıb.

Lionel Messidən Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək – FOTO

Argentinalı ulduz futbolçu Lionel Messi Türkiyədə zəlzələdən zərər çəkənlərə
dəstək kampaniyasına qoşulub. Bu barədə Türkiyə millisinin futbolçusu, hazırda
“Atlanta”nın oyunçusu olan Merih Demiral bildirib.

Türkiyə millisinin oyunçusu Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə kömək
etmək üçün dünya şöhrətli futbolçuların formalarını toplayaraq, onların
hərracından gələn gəliri Ahbap Dərnəyinə bağışlayır. İndiyə kimi məşhurlardan
Kriştianu Ronaldu, Paulo Dibala və Leonardo Bonuççi bu kampaniyaya dəstək
olmuşdular. Messi də onlardan kənarda qalmayıb və imzalı forması ilə dəstək
olub.

“Növbədə Lionel Messidir; biz Leonun oyun zamanı geyindiyi və imzaladığı
formasını hərraca çıxarırıq”, – deyə Türkiyə millisinin oyunçusu vurğulayıb.

Formanın hərracından əldə edilən gəlir Ahbap Dərnəyinə bağışlanacaq.

Sırada Lionel Messi var;

Leo’nun maçta giyip imzaladığı formasını açık artırmayla satıyoruz!

Satıştan elde edilecek gelir deprem bölgesinde kullanılmak üzere @ahbap
‘a bağışlanacaktır.
Lionel Messi ile iletişime geçip durumu anlatan @hakanc10
ve @gigiodonna1
‘ya çok teşekkürler
pic.twitter.com/6INZsnWaA8
— Merih Demiral (@Merihdemiral) February 10, 2023

Mənbə: Haber Global

Source link