Lirə manata nisbətdə də ucuzlaşır - MƏZƏNNƏ

Lirə manata nisbətdə də ucuzlaşır – MƏZƏNNƏ

Baxış sayı: 1. 708 dəfə baxılıb.

Azərbaycan Mərkəzi Bankı 25 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan ÇıxışYolu.Com-a verilən məlumata görə, mayın 1-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9906 manatdır.

1 türk lirəsi 0,3585 manat (bir gün əvvəl – 0,3716 manat), 1 rus rublu 0,0276 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6848 manatdan realizə olunur.

Qeyd edək ki, son günlərdə Türkiyə lirəsi dollara nisbətdə kəskin ucuzlaşıb.

Lirənin ucuzlaşmasına səbəb kimi Fitch Ratings şirkətinin Türkiyənin azad pul siyasətinin ölkənin reytinqinə təsir edəcəyi barədə bəyanatı göstərilir.

Türkiyə lirəsi ilin əvvəlindən dollara nisbətdə 20,27 faiz ucuzlaşıb.

www.ÇıxışYolu.Com