7f67c421-2937-463b-9397-755710b8dc6d..jpg

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edildi

Baxış sayı: 559 dəfə baxılıb.

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun
tətbiqi haqqında Sərəncam imzalayıb.

Bu barədə President.az xəbər
verir.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti İqtisadiyyat
Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmçinin həmin qanundan
irəli gələn digər məsələləri həll etməlidir.

Qanunla bu keçid vasitəsilə
tanış olmaq mümkündür.

Source link