Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu:
“Rəhbərliyimiz tədbir görəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq,
fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var.
Klinikadan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar
əsassızdır:
“Klinika fəaliyyətini davam etdirir, bağlanmayıb. Lisenziyası da ləğv
olunmayıb. Sosial şəbəkə hesabımızda da bu barədə məlumat yaymışıq. Həkimlər də
işlərini davam etdirirlər. Aprelin 9-da klinikanın fəaliyyətinin dayandırılması
barədə əsassız məlumat yayan qurumlar barəsində isə rəhbərliyimiz tərəfindən
tədbir görüləcək”.
Xatırladaq ki, aprelin 9-da Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat
Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə
qərar qəbul edilib. Buna səbəb isə klinikada lisenziyadankənar fəaliyyətin
aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması olub.
Nəzrin Vahid