Litvanın çimərlik futbolu üzrə milli komandası DÇ-2025-in seçmə mərhələsində
Belarus komandası ilə oynamaqdan imtina edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə məlumat Litva Futbol Federasiyasının rəsmi
saytında dərc olunub.
“Futbolçularımızın növbəti seçim mərhələsində mübarizə apara bilməyəcəkləri və
elitada güclərini sınaya bilməyəcəkləri məyusedicidir, lakin bu halda dəyərlər
idmandan yüksəkdə qalmalıdır.
Biz bu qərarı milli komandanın nümayəndələri ilə müzakirə etdik və razılaşdıq
ki, bizim tərəfimizdən belə bir addımın atılması bu məsələdə mövqeyimizi bir
daha təsdiqləmiş olacaq”, – deyə Edqaras Stankeviçius söyləyib.