Litvanın xarici İşlər Nazirliyi Rusiyadakı səfir Ryamiqiyus Motuzun geri çağırılma səbəbinə aydınlıq gətirib.
Gazeta.ru-nun məlumatına görə, Litva XİN bunu səfirin həyatının təhlükədə olması ilə əlaqələndirib.
Nazirlik bildirib ki, diplomatik missiyanın bir sıra əməkdaşları həyatlarını təhdid edən məktublar alıblar.
Daha öncə KİV-lər Motuzun adının korrupsiya qalmaqalında hallanması səbəbi ilə geri çağırıldığını yazmışdılar.