Litvanın rəsmi şəxsləri Gürcüstan üçün alternativ addan – Sakartvelodan istifadə edəcək.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə DELFI portalı məlumat yayıb.
“Mayda Litva prezidenti Dalya Qribauskayte Sakartvelonun 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak zamanı bu addan istifadə edəcək”, – dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Litva parlamentinin spikeri Viktoras Pransketisin mətbuat katibi bildirib ki, o da Gürcüstan üçün bu addan istifadə edəcək və buna şaddır. Artıq Sakartvelo adı rəsmi sənədlərdə də istifadə ediləcək.