1374afee-21de-43cd-b77f-cd324f8cf285.jpg

Litvada parlament seçkisi keçirilir

Baxış sayı: 165 dəfə baxılıb.

Litvada Seymə (birpalatalı parlament) növbəti seçkinin birinci turu keçirilir.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, ölkədə iki minə yaxın seçki məntəqəsi
fəaliyyət göstərir.

Qalibin müəyyən edilmədiyi birmandatlı dairələrdə oktyabrın 27-də ikinci tur
keçiriləcək. İkinci tura ən çox səs toplayan iki namizəd keçəcək.

Seçkidə 141 deputat mandatı uğrunda 1740 namizəd – 16 siyasi partiyanın və üç
partiya koalisiyasının nümayəndələri mübarizə aparırlar. Çoxmandatlı dairələrdə
partiyalar Seymə daxil olmaq və orada fraksiya yaratmaq üçün beş faizlik həddi
keçməlidir.

Ekspertlərin və ictimai rəy sorğularının nəticələrinə görə, ilk üç favorit
sırasına müxalifətdə olan Litva Sosial Demokrat Partiyası, hakim mühafizəkar
“Ana Vətən Birliyi” partiyası – Litva Xristian Demokratları və parlament
seçkisinə yeni qatılan – “Neman üzərində Şəfəq” siyasi partiyası daxildir.

Litvada daimi yaşayan 25 yaşdan yuxarı vətəndaş parlamentari ola bilər. Yuxarı
yaş həddi mövcud deyil.

Səsvermənin ilkin nəticələri adətən bazar ertəsi gecə məlum olur.

Source link