4a43b95c-0869-4731-81d3-43c68b75495e.png

Livan qoşunları İsraillə sərhəddən geri çəkilib

Baxış sayı: 274 dəfə baxılıb.

Livan ordusunun bölmələri İsrail hərbçilərinin hücumu ilə bağlı xəbərlər
fonunda İsraillə sərhədindən 5 kilometr geriyə çəkilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livanın təhlükəsizlik
xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda İsrail aviasiyası Livanın sərhədə yaxın ərazilərini
bombalayır.

Baş verənlər fonunda Suriya və digər ölkələrlə sərhəddə yerləşən İraq
qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu açıqlama ilə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi
Yəhya Rəsul çıxış edib.

30 sentyabr, 23:12

İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin zirehli texnikası artilleriya və aviasiyanın müşayəti
altında Livan ərazisinə daxil olub. Hazırda İsrail istehkamçıları Livanın
cənubunda maneələri aradan qaldırır və İsrail texnikasının sərhədyanı ərazilərə
gətirilməsi davam edir.

Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik
təhlükəsizlik zolağı yaratmaqdır.

Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin
(UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək hazırlıq
vəziyyətinə

gətirilib.

İsrail Livanla sərhədi yaxınlığında “Hizbullah” hərəkatına qarşı hərbi
əməliyyatlar keçirməsi barədə ABŞ-ni məlumatlandırıb. Bu barədə ABŞ Dövlət
Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün
keçirdiyi növbəti brifinqdə bildirib.

20:12

İsrailin müdafiə naziri Yoav Qalant Livanda “Hizbullah”a qarşı hərbi
əməliyyatın növbəti mərhələsinin tezliklə başlanacağını açıqlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə o, “X”də (keçmiş “Twitter”) yazıb.

Nazirin sözlərinə görə, əməliyyat “Hizbullah”ın davamlı atəşi nəticəsində
İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrinin təxliyə edilmiş sakinlərinin
geri qayıtması üçün şəraitin yaradılmasına yönəlib.

“Qarşıdurma xəttində icma başçıları ilə görüşdə vurğuladım ki, “Hizbullah”a
qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq və bu, məqsədə çatmaqda
mühüm amil olacaq. Müharibənin məqsədi şimal sakinlərinin öz evlərinə
qayıtmasıdır”, – Qalant qeyd edib.

Source link