fb4efa44-d782-447b-a508-2da0227a47d2..jpg

Livanda Azərbaycan və türk dili üzrə birgə məktəbləri yaradıla bilər

Baxış sayı: 677 dəfə baxılıb.

Livanda Azərbaycan və türk dili üzrə birgə məktəbləri yaradıla bilər

Livanda Azərbaycan və türk dili üzrə birgə məktəblər yaradıla bilər.

“Report”un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov jurnalistlərə açıqlamasında deyib.

O, Livanda Azərbaycan diasporunun mövcud olmadığını diqqətə çatdırıb:

“Bu yaxınlarda Livandan qonaqlarımız gəlib. Biz Livanda Azərbaycan və türk
dili üzrə birgə məktəblərin yaradılmasını dəstəkləyirik. Livanlı gənclər burada
həmin dilləri öyrənə bilərlər. Hazırda Livandakı səfirliyimizlə bu istiqamətdə
işlər aparırıq”.

F.Muradov Azərbaycan xarici ölkələrdəki səfirliklərinə və evlərinə qarşı
mütəmadi olaraq təxribatların baş verdiyini də söyləyib:

“Bu cür qanunsuz hərəkətlər həmin ölkələrin və xalqlarının buna nə qədər
məsuliyyətlə yanaşmasından irəli gəlir”.

Source link