f138716c-0b81-41bd-8dd6-7faffcf278ca.jpg

Livanda bütün təhsil müəssisələri bağlandı

Baxış sayı: 220 dəfə baxılıb.

Livanda davam edən münaqişə səbəbindən məktəblərdə və bütün təhsil
müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə
salınıb.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bunu Beyrutda keçirilən mətbuat
konfransında respublikanın təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi
bildirib.

“Nazirlik 1.3 milyon şagirdi və müəllimləri təhdid edən təhlükəyə görə
məsuliyyəti öz üzərinə götürə bilməz. Ona görə də tədris ilinin başlanması
noyabrın 4-nə təxirə salınıb”, – deyə məmur qeyd edib.

O, həmçinin xatırladıb ki, hazırda əksər dövlət məktəblərinin, texnikumların
və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi
üçün istifadə olunur.

Source link