Çempionlar Liqasında növbəti finalçının adı bəlli olub.
ÇıxışYolu.Com xəbər verir ki, İtaliyanın “Olimpiko” stadionunda “Roma” klubu “Liverpul”u qəbul edib. Hesab 4:2 İtaliya klubunun xeyrinə başa çatıb
İlk matçda 5:2 hesabı ilə məğlub olan “Roma” oyunda erkən qol buraxıb. Sürətli əks hücumdan sonra (9-cu dəqiqə) Sadio Mane “Liverpul”u önə çıxarıb. 14-cü dəqiqədə “Liverpul” müdafiəçisi avtoqol vurub.
25-ci dəqiqədə müdafiəçinin səhvindən istifadə edən Veynaldum sərrast baş zərbəsi ilə “Liverpul”u yenidən önə çıxarıb.
51-ci dəqiqədə “Romanın” hücumçusu Dzeko qapıçının qaytardığı topu dəqiq zərbə ilə qola çevirib. 86-cı dəqiqədə Nainqolan mükəmməl qol vuraraq görüş ərzində ilk dəfə olaraq Romanı önə keçirib.
Əlavə olunmuş 3-cü dəqiqədə hakim Liverpulun qapısına penalti təyin edib. Nainqolan dəqiq zərbə ilə dublunu rəsmiləşdirib.
İki oyunun ümumi nəticəsinə görə, “Liverpul” finala adlayıb.
Qeyd edək ki, “Liverpul” və “Real Madrid” arasında final matçı mayın 26-da Kiyevdə keçiriləcək.