Çempionlar Liqasının dördə bir final matçı ərəfəsində “Liverpul” klubunun fanatları rəqib “Mançester Siti”nin futbolçularını daşıyan avtobusu şüşə qablar və sərt əşyalarla atəşə tutub.
ÇıxışYolu.Com xəbər verir ki, insidentin görüntüsünü “Associated Press” agentliyinin jurnalisti Stiv Duqlas öz “Twitter” hesabında paylaşıb.
Gərginliyin oyunun keçirildiyi “Enfild” stadionunun yaxınlığında baş verdiyi bildirilir.
Duqlasın dediyinə görə, fanatlar avtobusun şüşələrini qırıb. Ona görə, matçdan sonra “Siti” heyəti Mançesterə başqa avtobuslarda geri dönməyə məcbur olub.
Qeyd edək ki, matç 3:0 “Liverpul”un xeyrinə başa çatıb.