“Liverpul” – “Roma” matçında kuryoz hadisə - VİDEO + FOTO

“Liverpul” – “Roma” matçında kuryoz hadisə – VİDEO + FOTO

Baxış sayı: 2. 642 dəfə baxılıb.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul” – “Roma” matçında maraqlı hadisə baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, görüşün baş hakimi Feliks Brixin köməkçilərindən olan laynsman Ştefan Lupun artıq 5-ci dəqiqədə bayrağında problem yaranıb.

Yan xətt hakimi belədə yeni bayraqdan istifadə etməli olub. Lakin o yenisini dəyişməyə macal tapmamış oyun davam etdirilib.

Bu anda “Liverpul”un braziliyalı hücumçusu Roberto Firmino oyundankənar vəziyyətə düşüb. Ştefan Lup məcburiyyətdən bayraqla yox, bayrağın çubuğu ilə “ofsayd” qərarını verməli olub.

Qeyd edək ki, hazırda davam edən görüşdə “Liverpul” “Roma”ya 5:2 hesabı ilə qalib gəlir.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com