Bu gün Çempionlar Liqasının ilk yarımfinal matçı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, İngiltərənin “Enfild” stadionunda “Liverpool” İtaliyanın “Roma” klubunu qəbul edib.
Hesab oyunun 35-ci dəqiqəsində açılıb. Məhhəmməd Salah topu uzaq doqquzluğa ötürərək mükəmməl qol vurub. İlk hissənin artırılmış dəqiqəsində Roberto Firminonun məhsuldar ötürməsindən sonra Məhəmməd Salah dubla imza atıb.
55-ci dəqiqədə Mane Salahın ötürməsini qola çevirərək, top fərqini üçə çatdırıb. 61-ci dəqiqədə Firmino seçilib. 68-ci dəqiqədə Braziliyalı futbolçu dubl edərək fərqi beş topa çatdırıb.
81-ci dəqiqədə Ceko qol vuraraq məğlub durumda olan komanda yoldaşlarını yenidən ruhlandırıb. 85-ci dəqiqədə hakim Liverpulun qapısına 11-metrlik cərimə zərbəsi təyin edib. Perrotti dəqiq zərbə ilə qol fərqini azaldıb.