Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, ikinci oyun günündə İspaniyanın “Barselona” klubu İtaliyanın “Roma” komandasını qəbul edəcək.
Digər qarşılaşmada isə iki İngiltərə təmsilçisi üz-üzə gələcək. “Liverpul” “Enfild Road”da “Mançester Siti”ni sınağa çəkəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Xatırladaq ki, dünən keçirilən oyunlarda Madridin “Real” klubu səfərdə İtalyanın “Yuventus” komandasını 3:0 hesabı ilə darmadağın edib. Almaniyanın “Bavariya”sı isə səfərdə İspaniyanın “Sevilya” komandasından üstün olub – 2:1.