“Liverpul” triosu “Real”ın rekordunu yenilədi

“Liverpul” triosu “Real”ın rekordunu yenilədi

Baxış sayı: 2. 448 dəfə baxılıb.

“Liverpul” futbol klubunun hücumçuları Məhəmməd Salah, Roberto Firminyo və Sadio Mane Çempionlar Liqasında qollarının sayını 29-a çatdıraraq “Real”ın forvardları Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beylin rekordunu təkrarlayıblar.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Salah və Firminyo turnirin cari mövsümündə 10 dəfə, Mane isə doqquz dəfə fərqlənib.

Ronaldu, Benzema və Beyl üçlüyü isə 2013/2014 mövsümündə 28 qol vurmuşdular.

Manenin ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İtaliyanın “Roma” komandasının qapısına vurduğu qol sayəsində “Liverpul”un üçlüyü rekordu yeniləyib.

Qeyd edək ki, “Liverpul” “Roma” ilə iki oyunun nəticəsinə əsasən (7:6) Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Həlledici görüşdə Yurqen Klopun yetirmələri Madridin “Real” komandası ilə qarşılaşacaq.

Final oyunu mayın 26-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək.

www.ÇıxışYolu.Com